Abramyan təlimə başlayan erməni hərbçilərini ələ saldıbackend

Abramyan təlimə başlayan erməni hərbçilərini ələ saldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan hökumətinin qərarına əsasən, avqustun 1-dən oktyabrın 30-dək ehtiyatda olan hərbçilərin üç ay müddətində təlim-məşq toplanışları keçiriləcək.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentindəki “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan məlumat verib.

Deputat bunu hərbçilərin döyüş qabiliyyətinin yüksəldilməsi üçün normal addım kimi qəbul etdiyini bildirsə də, ordunu və bu qərarı verən hökuməti ələ salıb.

Onun sözlərinə görə, ara sakitləşən kimi İrəvanda “ölkəni xilas” etmək yadlarına düşür: “Doğru deyirlər ki, sakitlik olanda ölkəni İrəvanda xilas etmək daha asandır. Bu, ölkəni qeyri-müəyyənliyə aparmaq deməkdir”.

Abramyan rüblük təlimlərin ordunun döyüş qabiliyyətinin yüksəldilməsinə xidmət etmədiyini də bildirib: “Yeri gəlmişkən, 44 günlük müharibədən sonra hökumət həmişə ehtiyatda olan hərbçilərin hazırlanması və döyüş qabiliyyətinin artırılmasından danışsa da, məlum olur ki, ehtiyatda olan hərbçilər mühəndislik işlərinə cəlb olunurlar. Papikyanın (müdafiə naziri) özü də bunu deyib”.