ABŞ 13 Çin təşkilatına qarşı ixrac məhdudiyyətləri tətbiq edibbackend

ABŞ 13 Çin təşkilatına qarşı ixrac məhdudiyyətləri tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, ABŞ texnologiya sektoru şirkətləri də daxil olmaqla Çindən olan 13 təşkilata qarşı ixrac məhdudiyyətləri tətbiq edib.Bu barədə “RİA Novosti” ABŞ Ticarət Nazirliyinə istinadən xəbər verir.

“Bu təşkilatlar ABŞ hökuməti tərəfindən ABŞ-ın milli təhlükəsizliyinə və ya xarici siyasət maraqlarına qarşı fəaliyyət göstərən kimi müəyyən edilib”, – nazirlik vurğulayır.

Bundan əvvəl Çinin xarici işlər naziri Vanq Yi ABŞ dövlət katibi Antoni Blinkenlə söhbəti zamanı ölkənin ABŞ ilə münasibətlərinin pisləşməsini dayandırdığını və sabitliyə çatdığını bildirib.