ABŞ 131 miqrantı Özbəkistana deportasiya edibbackend

ABŞ 131 miqrantı Özbəkistana deportasiya edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hakimiyyəti ölkədə qanunsuz məskunlaşan və Mərkəzi Asiyadan olan 130-dan çox miqrantı Özbəkistana deportasiya edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin yazılı açıqlamasında deyilir.

Qazaxıstan, Qırğızıstan və Özbəkistan sakinləri aprelin 30-da deportasiya ediliblər.

“Biz qarşılıqlı təhlükəsizliyin möhkəmləndirilməsi və qanunun aliliyinin təmin edilməsi səylərində Özbəkistanla əməkdaşlığı davam etdirməyi səbirsizliklə gözləyirik”, – açıqlamada bildirilir.

ABŞ daxili təhlükəsizlik naziri Kristi Noem bununla bağlı Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə təşəkkürünü bildirib.