ABŞ 15 şirkətə sanksiya tətbiq etdibackend

ABŞ 15 şirkətə sanksiya tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Maliyyə Nazirliyi Birləşmiş Ərəb Əmirliklərində qeydiyyatdan keçmiş 15 şirkəti sanksiya siyahısına daxil edib.

NOCOMMENT.az xəbər verir ki, BƏƏ-nin rezidenti olan bir neçə şəxsə də sanksiya tətbiq edilib.

Onların arasında iki Rusiya vətəndaşı – VTB-nin keçmiş vitse-prezidenti Natalya Solozhentseva və Beyşen İsayev də var.

Ümumilikdə Rusiya üzrə 200-ə yaxın hüquqi şəxs qara siyahıya salınıb. Sanksiya siyahısına daxil edilməsi ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarının və şirkətlərinin bu işdə iştirak edənlərlə iş aparmasının qadağan edilməsi deməkdir.