ABŞ 21 miqrantı Quantanamoya deportasiya edibbackend

ABŞ 21 miqrantı Quantanamoya deportasiya edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Venesueladan olan 21 miqrantı Quantanamodakı hərbi bazaya deportasiya edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə “ABC News” telekanalı məlumat yayıb.

Bazada onlar öz vətənlərinə deportasiyanı gözləyəcəklər. Artıq Quantanamo həbsxanasından sağ çıxmış miqrantlar deyiblər ki, onlar darısqal, ağır şəraitli otaqlara yerləşdirilib, küçəyə çıxmaq qadağan edilib və vəkillərlə görüşə icazə verilməyib.

Quantanamo həbsxanası və hərbi düşərgə Kuba ərazisində yerləşir. Onların yerləşdiyi ərazi 1903-cü ildən ABŞ tərəfindən icarəyə götürülüb.

Bundan əvvəl WP nəşri Quantanamoda miqrantların özlərini “qanuni qara dəlik”də tapdıqlarını yazmışdı.