Dekabr ayından bu yana 600 tondan çox qızıl Nyu-Yorkdakı anbarlara daşınıb.
NOCOMMENT.az xəbər verir ki, Dünya Qızıl Şurasının Asiya və Avropa bazarlarından məsul strateqi Con Ridin sözlərinə görə, bu miqdarda qızıl yalnız fövqəladə hallar zamanı saxlanılır.
ABŞ-ın qızıla olan güclü tələbi treyderlərin prezident Donald Trampın Kanada və Meksikaya tətbiq edəcəyi gömrük rüsumları qüvvəyə minmədən əvvəl külçə qızıl ehtiyatı toplamağa çalışması ilə əlaqələndirilir.
CNBC-yə danışan “BullionVault”un tədqiqat direktoru Adrian Aş bildirib ki, Nyu-York anbarlarında qızıl bolluğu müşahidə edilir.
600 tondan çox qızıl Nyu-Yorka daşınıb
Dünya Qızıl Şurasının məlumatına əsasən, keçən ilin dekabr ayından etibarən 600 tondan çox, təxminən 20 milyon unsiya qızıl Nyu-York anbarlarına gətirilib.
Strateq Con Rid bu miqdarda qızılın adətən Nyu-Yorka aid olmadığını vurğulayaraq deyib: “Qızıl yalnız fövqəladə hallar zamanı orada saxlanılır”
Treyderlər gömrük vergisindən narahatdır
Qızıla tətbiq ediləcək gömrük vergisi ehtimalı ABŞ banklarını, investorlarını və treyderlərini, adətən Londonda saxlanılan qiymətli metalların Nyu-Yorkdakı Əmtəə Birjası Mərkəzinə və digər anbarlara köçürülməsinə təşviq edib.
“MKS Pamp”ın metal strategiya direktoru Niki Şils isə detib: “Kanada və Meksikaya tətbiq olunacaq gömrük vergilərinin həm qızılı, həm də gümüşü təsirləndirəcəyinə dair narahatlıqlar var”.\\Valyuta.az