ABŞ administrasiyası Sincan-Uyğur Muxtar Bölgəsində (SUMR) insan hüquqlarının müdafiəsi bəhanəsi ilə Çindən daha üç şirkətin məhsullarının idxalına qadağa qoyub.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin (DHS) bildirişində deyilir.
Onların məhsullarının bu il dekabrın 11-dən ABŞ-a idxalı qadağandır.
Məlumata görə, ümumilikdə siyahıya 30 Çin şirkəti daxildir.