ABŞ 30 il əvvəl Ukraynanın NATO-ya üzv olmasını planlaşdırırdıbackend

ABŞ 30 il əvvəl Ukraynanın NATO-ya üzv olmasını planlaşdırırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1994-cü ildə Ağ Evin Milli Təhlükəsizlik Şurası Ukraynanın NATO-ya mümkün üzvlüyü üçün gizli hazırlıqlara başlamağı planlaşdırırdı.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ağ Evin o vaxtkı milli təhlükəsizlik müşaviri Entoni Leykə ünvanlanmış memorandumda deyilir.

Gizli sənəddə qeyd edilirdi ki, ABŞ Kiyev və Baltikyanı respublikaları Moskvanın təsirindən qorumaq üçün onların alyansa qoşulmaq istəyini dəstəkləməlidir. Bununla belə, şura iştirakçıları Rusiyanın bu məsələdə həssaslığını nəzərə alaraq, bu dəstəyin məxfi şəkildə verilməli olduğunu vurğulayıblar.

Bundan əvvəl məlum olub ki, 1994-cü ildə ABŞ-ın vitse-prezidenti Al Qor Rusiya lideri Boris Yeltsini NATO-nun genişlənməsinin yalnız Moskva ilə məsləhətləşmələrdən sonra həyata keçiriləcəyinə inandırıb.

“NATO genişlənəcək, lakin bu proses mərhələli və açıq olacaq, biz sizinlə qarşılıqlı əlaqədə olacağıq”, – deyə amerikalı siyasətçi Al Qor bildirib.

İnteqrasiya ABŞ və Rusiya arasında tərəfdaşlığın, eləcə də sizin NATO ilə tərəfdaşlığınızın dərinləşməsinə uyğun olacaq, Qor əlavə edib.