ABŞ 30 ildən sonra Solomon adalarında səfirlik açdıbackend

ABŞ 30 ildən sonra Solomon adalarında səfirlik açdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ dövlət katibi Entoni Blinken 30 ildən sonra Solomon adalarının paytaxtı Honiarada ABŞ səfirliyinin açıldığını elan edib.

NOCOMMENT.az xəbər verir ki, ABŞ-ın Solomon Adalarındakı səfirliyi 5 il xidmət etmiş, daha sonra 1993-cü ildə diplomatik postların qlobal ixtisarının bir hissəsi olaraq bağlanmışdır.

Blinken səfirliyin açılmasının iki ölkə arasında iqtisadi əlaqələri gücləndirəcəyini vurğulayaraq, bölgədə daha çox diplomatik personalın yerləşdiriləcəyini bildirib.

Qeyd edək ki, Çinin keçmiş xarici işlər naziri Vanq Yi ötən il Solomon adalarına səfər edib. Ticarət müqavilələri ilə yanaşı, Çin və Solomon adaları arasında təhlükəsizlik müqaviləsi də  imzalanıb.

 

NOCOMMENT.az