ABŞ 4 milyard dollarlıq hərbi yardımın İsrailə göndərilməsini sürətləndirəcəkbackend

ABŞ 4 milyard dollarlıq hərbi yardımın İsrailə göndərilməsini sürətləndirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hökuməti İsrailə təxminən 4 milyard dollar dəyərində hərbi yardımın çatdırılmasını sürətləndirəcək.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubionun şənbə günü yaydığı bəyanatda deyilir.

“Mən İsrailə təxminən 4 milyard dollarlıq hərbi yardımın çatdırılmasını sürətləndirmək üçün fövqəladə səlahiyyətlərdən istifadə etmək üçün bəyannamə imzaladım”, – bəyanatda deyilir.

Bəyanatda həmçinin imzalanan sənədin ABŞ-nin əvvəlki prezidenti Co Bayden administrasiyası tərəfindən İsrailə müəyyən növ silahların tədarükünə qoyulan məhdudiyyətləri ləğv etdiyi bildirilir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın administrasiyası 2025-ci il yanvarın 20-dən etibarən İsrailə ümumilikdə 12 milyard dollar dəyərində silah və hərbi texnika satışına icazə verib.