ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum etmək niyyətindədirbackend

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum etmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Trampın administrasiyası 530 mindən çox miqrantın müvəqqəti hüquqi statusunu ləğv etməyi planlaşdırır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “NBC” məlumat yayıb.

Bildirilib ki, söhbət 2023-cü ildə ABŞ-ın keçmiş prezidenti Co Baydenin dövründə tətbiq edilən xüsusi proqramla ölkəyə daxil olan miqrantlardan gedir.

Təşəbbüs təsdiqlənərsə, miqrantların ölkədə müvəqqəti qalma proqramlarının qüvvəsi aprelin 24-də başa çatacaq.