ABŞ-a idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq ediləcəkbackend

ABŞ-a idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ bütün idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq etməyi planlaşdırır.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Düşünürəm ki, bizim avtomobil sənayemiz əvvəllər olmadığı kimi çiçəklənəcək”, – deyə o bildirib.

Bu addımın avtomobil qiymətlərini artıra biləcəyi ehtimal edilir. Tariflər aprelin 2-dən qüvvəyə minəcək və ABŞ-a idxal edilən hazır avtomobil və yük maşınlarına, o cümlədən detalları xaricdə yığılan Amerika markalarına şamil ediləcək.\\”Unikal”