ABŞ və Meksika arasındakı sərhədin qeyri-qanuni keçilməsi mart ayında rekord dərəcədə aşağı düşüb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “The New York Post” qəzeti ABŞ Daxili Təhlükəsizlik Nazirliyindəki mənbələrə istinadən məlumat verib.
Mart ayında sərhəd agentləri təxminən cəmi 7 min qeyri-qanuni giriş cəhdi qeydə alıblar. Halbuki ötən ilin mart ayında bu göstərici 137 min idi.
Bu kəskin azalmanın yanvarın sonlarından etibarən Donald Tramp administrasiyasının qeyri-qanuni sərhəd keçidlərinə nəzarəti gücləndirməsi ilə əlaqədar olduğu bildirilir.