İran İslam Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Əbdolrəhim Musəvi ABŞ-ı İrana qarşı hər hansı hərbi addımdan çəkinməyə çağırıb və Vaşinqtona sərt mesaj ünvanlayıb.
NOCOMMENT.az xəbər verir ki, Musəvi bildirib ki, İran müharibəyə başlayan tərəf olmayıb və indiyədək əsas yanaşma münaqişənin genişlənməsinin qarşısını almaq və itkiləri minimuma endirmək olub. Lakin onun sözlərinə görə, ABŞ-ın hərəkətləri Tehranın mövqeyində dəyişiklik etməsinə səbəb olub.
“Biz müharibəyə başlamamışıq və keçmişdə yanaşmamız münaqişənin miqyasının genişlənməsinin qarşısını almaq və itkiləri minimuma endirmək olub. Ancaq Birləşmiş Ştatların addımları bizi yanaşmamızı dəyişməyə məcbur etdi və bu dəfə əgər onlar səhvə yol versələr, düşmənə ağır itkilər verəcəyik”, – deyə Musəvi vurğulayıb.
O əlavə edib ki, İran xalqı və silahlı qüvvələri “hegemon sistem” adlandırdığı qüvvələrə qarşı sona qədər müqavimət göstərmək əzmindədir.
Generalın bu açıqlaması regionda gərginliyin artdığı bir vaxtda səsləndirilib və tərəflər arasında mümkün hərbi eskalasiya ilə bağlı narahatlıqları daha da gücləndirib.
Sara













