ABŞ administrasiyası İsraildən İranla bağlı bunu xahiş etdibackend

ABŞ administrasiyası İsraildən İranla bağlı bunu xahiş etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ administrasiyası Vaşinqtonla Tehran arasında planlaşdırılan danışıqlar fonunda İsraili İrana qarşı birtərəfli hərbi əməliyyatlardan çəkinməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İsrailin Ynet xəbər portalı məlumat yayıb.

Məlumata görə, Amerika tərəfi İsrailə müraciət edərək “preventiv zərbə kimi düşünülməmiş addımlar atmamağı” və proseslərin diplomatik məcrada inkişafını gözləməyi xahiş edib.

Portalın mənbəyə istinadən bildirdiyinə əsasən, hazırda ABŞ və İsrail arasında təhlükəsizlik sahəsində koordinasiya “çox sıx, demək olar ki, misilsiz səviyyədədir”.

Mənbə qeyd edib ki, iki ölkə arasında hərbi təmaslar intensiv xarakter alıb:

“ABŞ-yə səfər edən israilli zabitlərin və İsrailə gələn amerikalı zabitlərin sayı inanılmazdır. Koordinasiya səviyyəsi görünməmiş dərəcədə yüksəkdir”, – deyə mənbə vurğulayıb.

Fevralın 3-də İsrailin Baş naziri Benyamin Netanyahu Qüdsdə ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffu qəbul edib. Görüş zamanı müzakirə olunan əsas mövzulardan biri İran ətrafındakı vəziyyət olub.
İranın xarici işlər naziri Abbas Əraqçinin sözlərinə görə, Vaşinqton və Tehran arasında danışıqlar fevralın 6-da Omanda keçiriləcək.

Müşahidəçilər hesab edirlər ki, ABŞ-nin İsrailə bu müraciəti regionda mümkün hərbi eskalasiyanın qarşısını almaq və diplomatik kanalların açıq qalmasını təmin etmək məqsədi daşıyır.

Sara