ABŞ administrasiyası Silahlı Qüvvələrin Afrikadakı Komandanlığını (AFRICOM) ləğv etməyi nəzərdən keçirir.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə “Reuters“ agentliyi məlumat yayıb.
Agentliyin xəbərinə görə, AFRICOM-un komandanı general Maykl Lengl bildirir ki, artıq bu məsələ ilə bağlı bir sıra Afrika ölkələrinin hökumətlərini məlumatlandırıb.
“Mən bir neçə müdafiə naziri və bəzi prezidentlərlə danışmışam, onlara qiymətləndirmə apardığımızı bildirmişəm”, – general Lengl qeyd edib.