Amerika lideri Co Baydenin zəifliyi radikal islamçıların Yaxın Şərqdəki ABŞ bazalarına hücumlarına səbəb olur.
NOCOMMENT.az “RİA Novosti”yə istinadənxəbər verir ki, bu barədə Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin rəhbəri Mayk Rocers bildirib .
“Prezident Baydenin düşmənlərimiz tərəfindən qəbul edilən zəifliyi hərbi və qanuni ticarət gəmilərimizə hücumların artmasına gətirib çıxarır”.
Konqresmenin sözlərinə görə, hücumlar qaçılmaz olaraq “bu terrorçular öz hərəkətlərinin ciddi nəticələrə səbəb olacağını başa düşməyənə qədər” davam edəcək.
Dekabrın 15-də İraq şiə silahlı qüvvələri Amerikanın Ayn əl-Əsəd aviabazasına hücum etmək üçün pilotsuz təyyarədən istifadə edib. Bu baza əvvəllər də İsrail hərbi əməliyyatlarının başlamasından sonra islamçılar tərəfindən dəfələrlə hücuma məruz qalıb.