ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli raketlər verə bilməyəcək.
NOCOMMENT.az xəbər verir ki, bunu amerikalı analitik Uill Şrayver sosial şəbəkə “X”dəki paylaşımında bildirib
Onun sözlərinə görə, uzaqmənzilli raketlərin verilməsi ilə bağlı müzakirələr “mənasız söhbətdir”. Ekspert qeyd edib ki, Vaşinqtonun Ukraynaya ötürə biləcəyi, Rusiyanın dərinliklərinə çata bilən belə raketləri yoxdur.