ABŞ aprelin 30-da Ukrayna ilə resurs sazişi imzaladığını elan edəcəkbackend

ABŞ aprelin 30-da Ukrayna ilə resurs sazişi imzaladığını elan edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ çərşənbə günü, aprelin 30-da Ukrayna ilə faydalı qazıntılar üzrə sazişin imzalandığını elan etmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS mənbələrə istinadən xəbər verir.

Aprelin 30-da “Financial Times” yazıb ki, Ukrayna ilə ABŞ arasında resurs sazişi üzrə danışıqlar hələ başa çatmayıb, çünki Kiyev həftə sonu razılaşmanın şərtlərinə yenidən baxmağa cəhd edib.

Aprelin 25-də ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenskini ölkəsinin nadir torpaq metalları sazişini imzalamamasına görə tənqid edib. Onun sözlərinə görə, “yekun sənədlərin” imzalanmasında gecikmə azı üç həftə olub. Bununla bağlı Amerika lideri Kiyev və Vaşinqton arasında sövdələşmənin dərhal bağlanacağına ümid etdiyini bildirib.