ABŞ Avropadakı hərbi personalının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcəkbackend

ABŞ Avropadakı hərbi personalının təhlükəsizliyini təmin etmək üçün tədbirlər görəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pentaqon Avropadakı ABŞ hərbçilərinin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görür.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS ABŞ Silahlı Qüvvələrinin Avropa Komandanlığının (EUCOM) mətbuat xidmətinə istinadən məlumat yayıb.

“Biz hərbi qulluqçularımızın təhlükəsizliyini təmin etmək üçün tez-tez əlavə tədbirlər görürük. Təhlükəsizlik məqsədi ilə biz konkret tədbirləri təsvir etməyəcəyik, lakin ayıq-sayıq qalacağıq”, – deyə mətbuat xidməti bildirib.

Qeyd edək ki, ABŞ-nin Avropadakı bir neçə hərbi bazası mümkün terror təhlükəsi səbəbindən yüksək hazırlıq vəziyyətinə gətirilib.