ABŞ Baş Prokuroru Maduroya qarşı ittiham aktı yayımlayıbbackend

ABŞ Baş Prokuroru Maduroya qarşı ittiham aktı yayımlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın baş prokuroru Pam Bondi Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresə qarşı ittiham aktını açıqlayıb. 

NOCOMMENT.az bildirir ki, o, sənədi sosial media səhifəsində X-də paylaşıb.

Sənəddə deyilir: “25 ildən çoxdur ki, Venesuela liderləri ictimai etimaddan sui-istifadə edərək, bir vaxtlar qanuni olan qurumları korrupsiyalaşdıraraq ABŞ-a tonlarla kokain qaçaqmalçılığı ediblər”.

Qeyd olunur ki, Maduro “bu korrupsiyanın ön sıralarında” olub və əlbir olduğu şəxslərlə əlbir olaraq qanunsuz əldə etdiyi səlahiyyətlərdən ABŞ-a narkotik daşımaq üçün istifadə edib.