ABŞ Baş prokurorundan şok açıqlama: Trampı öldürmək istəyibbackend

ABŞ Baş prokurorundan şok açıqlama: Trampı öldürmək istəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Baş prokuroru vəzifəsini icra edən Todd Blanş NBC telekanalına verdiyi müsahibədə Donald Trampa qarşı törədilən sui-qəsd cəhdi ilə bağlı dəhşətli faktları açıqlayıb. O bildirib ki, saxlanılan şəxs istintaqla əməkdaşlıqdan imtina etsə də, əldə edilən sübutlar onun məqsədinin kütləvi qətliam törətmək olduğunu təsdiqləyir.

NOCOMMENT.az xəbər verir ki, hüquq-mühafizə orqanları cinayətkarın elektron cihazlarını və qeydlərini araşdırdıqdan sonra belə qənaətə gəliblər ki, o, Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində iştirak edən administrasiya üzvlərini və böyük ehtimalla Prezident Donald Trampı hədəf alıb. İstintaqın məlumatına görə, Koul Tomas Allen bu hücum üçün uzunmüddətli hazırlıq görüb. O, Kaliforniyadan Çikaqoya, oradan isə qatarla Vaşinqtona gələrək hadisənin baş verdiyi oteldə məskunlaşıb.

Ən diqqətçəkən məqamlardan biri odur ki, cinayətkar illər ərzində topladığı odlu və soyuq silah arsenalı ilə bütün ölkəni bir başdan digərinə maneəsiz keçə bilib. Şənbə günü axşam oteldə atəş açaraq Məxfi Xidmət agentini yaralayan şəxsin bu addımı necə planlaşdırdığı və təhlükəsizlik sistemindəki boşluqlardan necə yararlandığı hazırda federal qurumlar tərəfindən ciddi şəkildə araşdırılır. Blanş vurğulayıb ki, bu, sadəcə fərdi bir hücum deyil, dövlətin ali rəhbərliyinə qarşı yönəlmiş birbaşa təhdiddir.

Sara,

NOCOMMENT.az