ABŞ Belarus müxalifətini dəstəklədiyini bir daha bəyan etdibackend

ABŞ Belarus müxalifətini dəstəklədiyini bir daha bəyan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Belarus prezidenti Aleksandr Lukaşenkonun rəhbərlik etdiyi administrasiyaya qarşı müxalifət liderlərini dəstəklədiyini bir daha bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, Ağ Evdən verilən yazılı açıqlamada ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın martın 27-də Belarus müxalifətinin lideri Sviatlana Tsixanouskaya ilə görüşdüyü bildirilib.

Sallivan ABŞ-ın Belarus xalqının “azad və ədalətli seçkilər və insan hüquqlarının müdafiəsi kimi suveren və demokratik gələcək axtarışına” dəstəyini vurğulayıb.

Sallivan Birləşmiş Ştatların müttəfiqləri və tərəfdaşları ilə birlikdə Belarus prezidenti Lukaşenkonun rəhbərlik etdiyi administrasiyanı öz hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə davam edəcəklərini qeyd edib.

NOCOMMENT.AZ