ABŞ Belarusdan olan 19 fiziki və 14 hüquqi şəxsi sanksiya siyahısına daxil edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Sanksiya siyahısına həmçinin “KB pilotsuz helikopterlər” şirkəti və onun baş direktoru Vladimir Çudakov, “Leqmaş” zavodu, “Belkanto” və “Rada” aviaşirkətləri daxildir. Bu siyahıya Belarus prezidenti Aleksandr Lukaşenko ilə əlaqəli olduğu iddia edilən təyyarə də əlavə edilib.