ABŞ bizim işimizə qarışmasın – Prezidentdən ÇAĞIRIŞbackend

ABŞ bizim işimizə qarışmasın – Prezidentdən ÇAĞIRIŞ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğız Respublikasının Prezidenti Sadır Japarov ABŞ və digər ölkələri ölkənin daxili işlərinə qarışmamağa, orada gedən prosesləri obyektiv qiymətləndirməyə çağırıb.

NOCOMMENT.az xəbər verir ki, o, bu barədə ABŞ dövlət katibi Entoni Blinkenə cavab məktubunda bildirib.

“Mən həmçinin vurğulamaq istəyirəm ki, biz bərabərhüquqlu əməkdaşlığın tərəfdarıyıq və bütün ölkələr və beynəlxalq tərəfdaşlarla, o cümlədən ABŞ ilə birgə işləməyə hazırıq. Mənim yeganə xahişim ölkəmizin daxili işlərinə qarışmamaqdır”, – deyə Qırğızıstan lideri qeyd edib.