ABŞ BMT agentliklərinin maliyyələşdirilməsini dayandırıbbackend

ABŞ BMT agentliklərinin maliyyələşdirilməsini dayandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ BMT agentliklərinin maliyyələşdirilməsini dayandırıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bununla bağlı BMT-nin Baş katibi Antonio Quterreş dünya təşkilatının mənzil-qərargahında jurnalistlərə açıqlama verib.

Baş katib bildirib ki, Suriyada 2,5 milyon, Əfqanıstanda 9 milyon, Ukraynada isə 1 milyondan çox insanın humanitar yardıma ehtiyacı olduğu bir dövrdə ABŞ-nin maliyyələşdirməni dayandırması bir sıra vacib proqramlara ciddi təsir göstərir:

“Son 48 saat ərzində BMT agentlikləri, eləcə də bir çox humanitar və inkişaf üzrə QHT-lər tərəfindən ABŞ-nin maliyyələşdirməni kəskin şəkildə azaltması ilə bağlı daxil olan məlumatlardan dərin narahatlığımı ifadə etmək istəyirəm”, – Quterreş vurğulayıb.

BMT Baş katibinin sözçüsü Stefan Düjarrik isə bildirib ki, qərarın yenidən nəzərdən keçirilməsi ilə bağlı BMT və ABŞ-nin Tramp administrasiyası arasında danışıqlar davam edir.

Qeyd edək ki, ABŞ-nin BMT-yə 2,8 milyard dollar borcu var. Dünya təşkilatının qaydalarına əsasən, əgər hər hansı bir ölkənin borcu iki il ərzində BMT-nin adi büdcəsinə ödəməli olduğu töhfənin məbləğindən artıq olarsa, həmin ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirir. BMT Baş Assambleyasının təsdiq etdiyi 2025-ci il üzrə müntəzəm büdcəsi 3,72 milyard dollardır.