ABŞ hökuməti BMT-nin Humanitar İşlərin Koordinasiyası Ofisi (OCHA) tərəfindən idarə olunan humanitar fondlara 2 milyard dollar ianə edib.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə BMT-nin Humanitar İşlər üzrə Baş katibinin müavini Tom Fletçer məlumat verib.
“Mən bütün dünyada həyata keçirdiyimiz humanitar fəaliyyətlərə 2 milyard dollar məbləğində bu misli görünməmiş töhfəyə görə Birləşmiş Ştatlara təşəkkürümü bildirmək istəyirəm”, – Fletçer deyib.













