ABŞ BMT-nin iclasını boykot edəcək – Rəisiyə görə…backend

ABŞ BMT-nin iclasını boykot edəcək – Rəisiyə görə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ İran Prezidentinin xatirəsinə həsr olunacaq BMT Baş Assambleyasının iclasını boykot edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb. Xatirə toplantısının bu gün keçirilməsi nəzərdə tutulub.

Ənənəvi olaraq vəzifədə olarkən vəfat edən hökumət liderlərinin xatirəsini yad etmək üçün belə görüşlərdə toplanır.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisini daşıyan helikopter ölkəsinin Vərziqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisədə ölkə prezidenti ilə yanaşı xarici işlər naziri Hüseyn Əmir-Abdullahian, Şərqi Azərbaycan vilayətinin general-qubernatoru Malek Rəhməti, Təbrizin imamı Məhəmməd Əli Haşemin və onları müşayiət edən digər şəxslər həyatını itirib.