ABŞ BMT-yə qətnamə təqdim edir – Kosmosda nüvə silahı…backend

ABŞ BMT-yə qətnamə təqdim edir – Kosmosda nüvə silahı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ kosmosda nüvə silahının yerləşdirilməsinə qarşı BMT Təhlükəsizlik Şurasına qətnamə təqdim edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. Bildirilib ki, layihəsi ilkin işlənmə mərhələsində olan qətnamədə ölkələrin 1967-ci il Kosmos Müqaviləsi üzrə öhdəliklərinin təsdiqi nəzərdə tutula bilər.

Müqavilə göy cisimlərindən və kosmosdan istənilən növ silahların sınaqdan keçirilməsi, hərbi manevrlər aparılması və ya hərbi bazaların, qurğuların, istehkamların yaradılması üçün istifadəni qadağan edir. Lakin kosmosda adi silahların istifadəsini istisna edir.

Artıq 110 dövlət müqaviləyə qoşulub. Lakin onlardan 23-ü hələ də onun ratifikasiyasını başa çatdırmayıb.