ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların BRIKS ölkələrinə qarşı 10%-lik idxal rüsumu tətbiq edəcəyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Yaxşı, əgər onlar BRIKS-in üzvüdürlərsə, təkcə bu üzvlüyə görə 10% rüsum ödəməli olacaqlar”, – deyə Tramp Ağ Evdə kabinet iclasında bildirib.
Daha əvvəl Tramp bəyan etmişdi ki, Vaşinqton BRIKS-in “antiamerikan siyasətini” dəstəkləyən ölkələrə qarşı əlavə 10%-lik ticarət rüsumları tətbiq edəcək. ABŞ Prezidenti əlavə edib ki, bu məsələ ilə bağlı istisnalar nəzərdə tutulmur.