ABŞ bu aviaşirkətə sanksiya tətbiq etdibackend

ABŞ bu aviaşirkətə sanksiya tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları SEPAH-a yardım etdiyi iddiası ilə İraqın “Fly Baghdad” aviaşirkətinə və onun baş direktoruna sanksiya tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, sanksiyalar İsrailin Qəzza zolağında bombardman kampaniyasının davam etməsi, eləcə də İraqda İranın dəstəklədiyi milislərin İraq və Suriyada ABŞ qüvvələrinin yerləşdiyi bazalara müntəzəm zərbələr endirməsi ilə əlaqədardır.

“Fly Baghdad” aviaşirkəti isə ABŞ-nin ittihamlarını rədd edib. Sanksiyalar nəticəsində dəyən itkilərə görə kompensasiya tələb etmək üçün qanuni addım atacağını söyləyib:

“ABŞ təkcə maliyyə sistemimizi deyil, həm də milli təhlükəsizliyimizi qorumaq üçün əlavə sanksiyalar elan edir. Birincisi, Birləşmiş Ştatlar İraqın “Fly Baghdad” aviaşirkətinə və onun baş direktoruna SEPAH-ı, həmçinin İraq, Suriya və Livanda İrana qoşulan milis qruplarını dəstəklədiyinə görə sanksiya tətbiq edib. Biz HƏMAS-a qarşı beşinci raund sanksiyalar tətbiq etdik. Bu, 7 oktyabr hücumlarından sonra beşinci turdur. ABŞ-la yanaşı, Avstraliya və Böyük Britaniya da HƏMAS-ın əsas rəsmiləri və vasitəçilərinə qarşı sanksiyalar tətbiq edir”.