ABŞ bu nüfuzlu onluqdan çıxarıldıbackend

ABŞ bu nüfuzlu onluqdan çıxarıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Henley Index”in 20 illik tarixində ilk dəfə olaraq ABŞ pasportu dünyanın 10 ən nüfuzlu pasportu siyahısından çıxıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.

“Henley & Partners” şirkətinin sədri və pasport indeksinin qurucusu bunu Tramp administrasiyasının siyasəti ilə əlaqələndirib. Onun fikrincə, azalma ABŞ-də immiqrasiya siyasətinin sərtləşdirilməsi fonunda – Dövlət Departamenti potensial pozuntulara görə 55 milyondan çox ABŞ vizası sahibinin qeydlərini nəzərdən keçirəcəyini elan etdikdə baş verib.

Reytinqdə geriləmə 2014-cü ildə ABŞ-ın ilk pilləni itirməsi ilə başlayıb.

“Henley İndex”inə görə, 2025-ci ildə istiqamətlər üzrə ilk onluğu aşağıdakı ölkələr daxildir:

1. Sinqapur – sinqapurluların dünya üzrə 227 istiqamətdən 193-nə vizaya ehtiyacı yoxdur.
2. Cənubi Koreya – 190 vizasız istiqamət
3. Yaponiya – 189 vizasız istiqamət
4. Almaniya, İtaliya, Lüksemburq, İspaniya, İsveçrə – 188 vizasız istiqamət
5. Avstriya, Belçika, Danimarka, Finlandiya, Fransa, İrlandiya, Niderland – 187 vizasız istiqamət
6. Yunanıstan, Macarıstan, Yeni Zelandiya, Norveç, Portuqaliya, İsveç – 186 vizasız istiqamət
7. Avstraliya, Çexiya, Malta, Polşa – 185 vizasız istiqamət
8. Estoniya, Slovakiya, Sloveniya, BƏƏ, Böyük Britaniya – 184 vizasız istiqamət
9. Kanada – 183 vizasız istiqamət
10. Latviya, Lixtenşteyn – 182 vizasız istiqamət.

Xatirə SADİQ