ABŞ bu ölkədən vətəndaşlarını təxliyə etməyi planlaşdırırbackend

ABŞ bu ölkədən vətəndaşlarını təxliyə etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Birləşmiş Ştalar Livan Hizbullah hərəkatı ilə İsrail ordusu arasında münasibətlərin daha da gərginləşəcəyi təqdirdə vətəndaşlarını Livandan təxliyə etmək planları hazırlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, ilkin olaraq təxminən 50 min ABŞ vətəndaşının və onların ailə üzvlərinin Kİprə təxliyə edilməsi nəzərdə tutulub. Qəzet yazır ki, bunun üçün xüsusi mülki gəmilərin ayrılması planlanlaşdırılıb.

ABŞ Dövlət Departamentinin məlumatına görə, 2022-ci ildə Livanda 86 min amerikalı yaşayıb.

Məlumatda xatırladılır ki, İsrail Livanda Hizbullah hərəkatının üzvləri arasında peycer və rabitə avadanlığının partladılmasından əvvəl ABŞ-yə məlumat verməsə də, hücumdan sonra Vaşinqtonu baş verənlərin təfərrüatları barədə məlumatlandırıb.