ABŞ bu ölkəyə F16 satacaqbackend

ABŞ bu ölkəyə F16 satacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İordaniya və ABŞ F-16-ların alınması üçün müqavilə imzalayıb.

NOCOMMENT.az xəbər verir ki, ABŞ ilk etapda İordaniyaya 12 F-16 satacaq.

İordaniyanın dövlət televiziyası Əl-Memleke-nin məlumatına görə, paytaxt Əmmanda İordaniya Baş Qərargah rəisinin müavini briqada generalı Abdullah Şadifət, Hərbi Hava Qüvvələri komandanı Məhəmməd Fethi Hiyasət və ABŞ-ın Əmmandakı səfirinin müavini Rohit Nepalın iştirakı ilə imzalanma mərasimi keçirilib.

Məlumata görə saziş ABŞ və İordaniya arasında hərbi əməkdaşlığın və birgə əməliyyatların artırılması, terrorizmlə mübarizənin gücləndirilməsi və regionda sabitliyin dəstəklənməsi məqsədi daşıyır.