“Tomaqavk” raketləri Ukraynaya tədarük edilərsə, Rusiya qarşılıq vermək üçün bir yol tapacaq.
NOCOMMENT.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya deyib.
“ABŞ administrasiyası Ukraynaya “Tomaqavk” qanadlı raketləri vermək qərarına gəlsə, Rusiya ona da veriləcək cavab tapacaq”, – V.Nebenzya qeyd edib.
Xatırladaq ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynaya mümkün “Tomaqavk” qanadlı raketlərinin çatdırılması məsələsini həll edilmiş hesab etmədiyini bəyan edib . Nazir bildirib, Kreml “Tomaqavks” Ukraynaya düşsə belə, hərbi vəziyyəti dəyişməyəcəyinə əmindir.