ABŞ Cənubi Afrikanın Rusiyaya silah satdığını iddia etdibackend

ABŞ Cənubi Afrikanın Rusiyaya silah satdığını iddia etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Pretoriyadakı səfiri Ruben Brigeti Cənubi Afrika Respublikasının 2022-ci ilin dekabrında Rusiyaya silah və sursat satdığını iddia edib.

NOCOMMENT.az xəbər verir ki, Ruben Brigeti mətbuata açıqlamasında bildirib ki, Cənubi Afrika ötən ilin dekabrında Keyptaun yaxınlığındakı Simon Taun dəniz bazasına yanaşan “Lady R” rus ticarət gəmisi vasitəsilə Rusiyaya silah və sursat satdığını müəyyən ediblər.

Hökumətinin Cənubi Afrikanın Rusiyaya silah satdığına əmin olduğunu və bu məsələyə çox ciddi yanaşdığını vurğulayan Brigeti, “Hökumətimizin bununla bağlı narahatlığını qiymətləndirməmək səhv olardı” deyə açıqlama verib.

NOCOMMENT.AZ