Nadir torpaq metallarına həsr olunacaq ABŞ-Çin ticarət danışıqları gələn həftəyə planlaşdırılır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin baş ticarət müşaviri Piter Navarro bildirib.
“Biz görüşün yeddi gün ərzində baş tutacağını gözləyirik”, – deyə o vurğulayıb.
ABŞ Prezidenti Donald Trampın qeyd etdiyi kimi, bu danışıqlar ikitərəfli münasibətlərin son zamanlar pisləşməsi fonunda Vaşinqton və Pekin arasında ticarət fikir ayrılıqlarının həllinə cəhddə mühüm addım olacaq.