Çin, ABŞ prezidenti Donald Trampın başladığı ticarət müharibəsində Vaşinqtonu üstələyir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə The Washington Post (WP) məlumat yayıb.
“Mənim üçün bunu demək xoş deyil, lakin Çin – amansız, antiamerikan diktatura – qalib gəlir. Lakin sübutlar danılmazdır,” – deyə məqalədə bildirilir.
Nəşrin məlumatına görə, Çin iqtisadiyyatı orta hesabla illik 5,3% artdığı halda, ABŞ-ın artımı 1,25% təşkil edib. İkinci əsas amil kimi Trampın Pekindən ciddi güzəştlər əldə etmək cəhdlərinin uğursuzluğu göstərilir.
Bundan əlavə, Çin ABŞ-ın 145%-lik tariflərinə cavab olaraq 125% rüsum tətbiq edib. Çin Xalq Respublikasının sədri ABŞ-a nadir torpaq metalları ixracını məhdudlaşdırıb ki, bu da avtomobildən tutmuş qırıcı təyyarəyədək bir sıra istehsalat sahələrinin dayanması riskini yaradıb. Nəticədə, məqaləyə görə, ABŞ prezidenti geri addım atmağa məcbur qalıb və Çin mallarına tətbiq olunan tarifləri 30%-dək azaldıb.
Buna cavab olaraq Çin də öz tariflərini 10%-ə endirib. ABŞ hakimiyyəti bu vəziyyəti qələbə kimi təqdim etməyə çalışsa da, əslində söhbət yalnız müvəqqəti atəşkəsdən gedir.