ABŞ Çinin atəkəs planını dəstəkləmirbackend

ABŞ Çinin atəkəs planını dəstəkləmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin lideri Si Cinpinin Rusiyaya səfəri öncəsi açıqlama verən ABŞ Çinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı atəşkəs planını Moskvaya təqdim edə biləcəyini və bunu dəstəkləmədiyini bildirib.

NOCOMMENT.az xəbər verir ki, Ağ Ev Pekin administrasiyasının atəşkəs planının yalnız Rusiyanın xeyrinə olduğunu bəyan edib.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi açıqlama verib.

Kirbi Çinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı atəşkəs təklifini gündəmə gətirib və özlərini “vasitəçi” hesab etmək cəhdlərinin ola biləcəyinə işarə edib.

Bunun Ukrayna hesabına Rusiyaya fayda gətirəcək bir təşəbbüs ola biləcəyini qeyd edən Kirbi, bu səbəbdən səfərdən əvvəl narahatlıqlarını dilə gətirib.

NOCOMMENT.AZ