ABŞ Çinin “inkişaf etməkdə olan ölkə” statusundan çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul etdibackend

ABŞ Çinin “inkişaf etməkdə olan ölkə” statusundan çıxarılmasını nəzərdə tutan qanun layihəsini qəbul etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatasında beynəlxalq təşkilatlar tərəfindən Çinin “inkişaf etməkdə olan ölkə” kateqoriyasından çıxarılmasını nəzərdə tutan qanun layihəsi qəbul edilib.

NOCOMMENT.az xəbər verir ki, Nümayəndələr Palatasında qanunvericilər Çinin “inkişaf etməkdə olan ölkə” kimi təsnifləşdirilməsinə son qoymağı hədəfləyən qanun layihəsinə səs veriblər.

Hər iki partiyanın dəstəyini alan qanun layihəsi yekdilliklə qəbul edilib.

Qanun layihəsi Çinin “inkişaf etməkdə olan ölkə” statusu sayəsində əldə etdiyi güzəştli rejim və yardımın qarşısının alınmasını və “inkişaf etməkdə olan” ölkədən “yuxarı orta gəlirli” və ya “inkişaf etmiş ölkə” kateqoriyasına keçirilməsini nəzərdə tutur.

NOCOMMENT.AZ