ABŞ Çinin sənaye sahələrindən birinə qarşı yeni məhdudiyyətlər tətbiq edibbackend

ABŞ Çinin sənaye sahələrindən birinə qarşı yeni məhdudiyyətlər tətbiq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ ölkənin texnologiya sənayesini cilovlamaq məqsədilə Çinə süni intellekt çipləri və onlar üçün avadanlıqların tədarükünə yeni məhdudiyyətlər tətbiq edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yenidən işlənmiş qaydalar 2023-cü ilin oktyabrında tətbiq edilən məhdudiyyətlərə əsaslanır. Sənəddə dəyişikliklərin həcmi 166 səhifə təşkil edir. Xüsusilə, Çinə çiplərin tədarükü ilə bağlı məhdudiyyətlər bu çipləri ehtiva edən noutbuklara da aiddir. Yeni qaydalar aprelin 4-dən qüvvəyə minəcək.

Bundan əvvəl Britaniyanın “Financial Times” qəzeti yazmışdı ki, ABŞ-ın süni intellekt texnologiyaları üçün istifadə edilən çiplərin Çinə ixracına yeni məhdudiyyətlər tətbiq etməsindən ehtiyatlanan iri Çin şirkətləri təcili olaraq Amerika istehsalçısı “Nvidia”dan çiplər almağa başlayıblar.

Nəşrin mənbələrinin məlumatına görə, həyəcan içində olan Çin internet nəhəngləri artıq 5 milyard dollarlıq sifarişlər veriblər.Söhbət generativ süni intellekt sistemlərinin yaradılması üçün lazım olan yüksək performanslı Nvidia çiplərinin alınmasından gedir.