ABŞ iyun ayında Çinlə ticarət balansındakı kəsiri təxminən 30% azaldaraq 9,4 milyard dollara endirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ İqtisadi Təhlil İdarəsinin (BEA) hesabatında məlumat verilib.
“Sənəddə qeyd olunur ki, iyun ayında Çinlə ticarət kəsiri 4,6 milyard dollar azalaraq 9,4 milyard dollar təşkil edib. ABŞ-dan ixrac 3,1 milyard dollar artaraq 10,1 milyard dollara çatıb, idxal isə 1,4 milyard dollar azalaraq 19,4 milyard dollar olub.”
Hazırda ABŞ-da Çin məhsullarına 30% dəyərində gömrük rüsumları tətbiq edilir. Eyni zamanda, Çin ABŞ-dan idxal olunan mallara 10% rüsum qoyur.