ABŞ çox məxfi kəşfiyyat məlumatları sızdıran mənbəni axtarırbackend

ABŞ çox məxfi kəşfiyyat məlumatları sızdıran mənbəni axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın hava hücumundan müdafiə sistemlərindən İsrailin Mossadına qədər çox məxfi məlumatları ehtiva edən sənədlər internetə düşdükdən sonra, ABŞ rəsmiləri sızmanın mənbəyini axtarır.

NOCOMMENT.az xəbər verir ki, səlahiyyətlilər Ukrayna müharibəsi, Çin, Yaxın Şərq və Afrika ilə bağlı məlumatların yer aldığı sənədlərdəki mövzuların genişliyindən dolayı onun bir amerikalı tərəfindən sızdırılmış ola biləcəyini düşünürlər.

“Sənədlərin əksəriyyəti yalnız ABŞ-ın əlində olduğundan, hazırda bütün diqqətin bunun ABŞ-dan qaynaqlanan sızma ehtimalına yönəlib” deyə ABŞ Müdafiə Nazirliyinin keçmiş yüksək vəzifəli məmuru Maykl Murroy bildirib.

ABŞ rəsmiləri istintaqın hələ başlanğıc mərhələsində olduğunu, təhqiqatı aparanların sızmanın arxasında Rusiyanı dəstəkləyən ünsürlərin olması ehtimalını istisna etmədiklərini bildiriblər.

NOCOMMENT.AZ