ABŞ-da 8 yaşlı qız sərhəd təhlükəsizliyinin nəzarətində olarkən ölübbackend

ABŞ-da 8 yaşlı qız sərhəd təhlükəsizliyinin nəzarətində olarkən ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Texas ştatının Harlinqen şəhərində 8 yaşlı miqrant qızın sərhəd təhlükəsizliyinin nəzarətində olarkən xəstələndiyi bildirilib.

NOCOMMENT xəbər verir ki, ABŞ Gömrük və Sərhəd Mühafizəsi Agentliyi tərəfindən edilən açıqlamada, 8 yaşlı immiqrant qızın Texas ştatının Harlingen bölgəsindəki Rio Grande Vadisində bir polis bölməsində ailəsi ilə birlikdə saxlanılarkən qəfildən xəstələndiyi qeyd edildi. .

Açıqlamada aparıldığı xəstəxanada dünyasını dəyişən qızın kimliyi və milliyyəti barədə məlumat verilməyib. Hadisənin CBP tərəfindən araşdırılacağı vurğulanan açıqlamada Harlingen polisinin də məlumatlandırıldığı bildirilib.

Harlingen Polis Departamentinin sözçüsü Larri Mur verdiyi açıqlamada qızın ölümündən xəbəri olmadığını bildirib.

Bildirilib ki, kiçik qızın saxlanma müddəti 77 saat olub ki, bu da icazə verilən müddətdən 5 saat çoxdur.

17 yaşlı Honduraslı yeniyetmə keçən həftə ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin nəzarətində olarkən ABŞ-da dünyasını dəyişib.