ABŞ-da Covid-19-un mənşəyi ilə bağlı kəşfiyyat məlumatlarının məxfiliyi ləğv edilibbackend

ABŞ-da Covid-19-un mənşəyi ilə bağlı kəşfiyyat məlumatlarının məxfiliyi ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən ABŞ Nümayəndələr Palatası yekdilliklə Covid-19-un mənşəyi ilə bağlı məlumatların “məxfilikdən çıxarılmasını” nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, qanun layihəsi yekun təsdiq üçün ABŞ prezidenti Co Baydenə göndərilib.

Qanun layihəsi Milli Kəşfiyyat Direktorundan (DNI) Covid-19-un mənşəyi ilə bağlı kəşfiyyat məlumatlarının məxfiliyini ləğv etməyi tələb edir.

“Covid-19 epidemiyasının Vuhan Virusologiya İnstitutundan qaynaqlanmış ola biləcəyinə inanmaq üçün əsas var və Milli Kəşfiyyat Direktoru Covid-19-un mənşəyi haqqında mümkün qədər çox məlumatı məxfilikdən çıxarmalı və ictimaiyyətə təqdim etməlidir” deyə qanun layihəsində qeyd olunub.

NOCOMMENT.AZ