ABŞ-ın Pensilvaniya ştatında təsirli olan leysan yağışlar selə çevrilib.
NOCOMMENT.az xəbər verir ki, təbii fəlakətdə 4 nəfər həyatını itirib.
Axtarış-xilasetmə işlərinin davam etdiyi bölgədə 9 aylıq körpə, 2 yaşlı uşaq və bir qadın olmaqla 3 nəfərin itkin düşdüyü bildirilib.
Milli Hava Xidmətinin (NWS) verdiyi açıqlamada, Nyu-York, Boston və Filadelfiya kimi böyük şəhərlər də daxil olmaqla, Yeni İngiltərə və Orta Atlantik bölgələrinin leysan yağışına səbəb ola biləcək fırtınaların gözlənildiyi bildirilib.