ABŞ- dan olan fermerlər yumurtadan mutant toyuq çıxarıblar.
NOCOMMENT.az bildirir ki, bu barədə Lenta.ru xəbər yayıb.
Ayova ştatında Missisipi Vadisi Sərgisi zamanı dörd ayaqlı nadir toyuq doğulub. Belə mutasiyalar on milyonda bir halda baş verir. Əvvəlcə fermer Qari Kaasa quşun iki cüt ayağı olduğunu başa düşməyib.
Onun sözlərinə görə, toyuqun xüsusi olduğunu yalnız onu çevirməklə başa düşmək olar – əks halda əlavə ayaqları görməyəcəksiniz.
Bundan əvvəl ABŞ-ın Florida ştatında albinos alliqatorunun doğulduğu bildirilmişdi. Balacanın valideynləri, albinos alliqatorları Blizzard və Snowflake mütəxəssislər tərəfindən yaxından izlənilib. Sürünənlərin saxlandığı parkın işçiləri vurğuladılar ki, vəhşi təbiətdə belə fərdlər adətən yetkinliyə qədər sağ qalmırlar.