ABŞ-da “F-16” qırıcısı qəzaya uğrayıbbackend

ABŞ-da “F-16” qırıcısı qəzaya uğrayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus “F-16” təyyarəsi çərşənbə axşamı Nyu-Meksiko ştatında Holloman Hərbi Hava Qüvvələri bazası yaxınlığında qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bildirilib ki, hadisə yerli vaxtla saat 11:50-də “Uayt Sends” Milli Parkı yaxınlığında baş verib. Qırıcının göyərtəsində yalnız pilot olub, o katapultasiya edib. Ona tibb yardım göstərilib.

Telekanalın məlumatına görə, bu, son altı ayda F-16 qırıcılarının üçüncü qəzasıdır.