ABŞ-nin Kaliforniya ştatında 7 bal gücündə zəlzələ qeydə alınıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri 12 min nəfərin yaşadığı Fortuna şəhərindən 56 km cənub-qərbdə, ocağı isə 14 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat daxil olmayıb.