ABŞ-da gündəmi sarsıdan ölümbackend

ABŞ-da gündəmi sarsıdan ölüm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Florida ştatında 17 yaşlı honduraslı yeniyetmə müşayiətsiz miqrant uşaqların yerləşdirildiyi təcridxanada ölüb.

NOCOMMENT xəbər verir ki, Dərhal hərəkətə keçən Honduras Vaşinqton administrasiyasını insidentə aydınlıq gətirmək üçün hərtərəfli araşdırma aparmağa çağırıb.

Minlərlə müşayiətsiz immiqrant ABŞ Səhiyyə və İnsan Xidmətləri Departamentinin (HHS) nəzarətində saxlanılır.

Bu həbsxanalardan birindən gələn son xəbərlər ABŞ-dakı immiqrasiya böhranını bir daha ortaya qoydu.

Reuters xəbər verir ki, Hondurasdan ABŞ-a tək gələn 17 yaşlı mühacir Florida ştatının Safety Harbor şəhərində saxlandığı təcridxanada dünyasını dəyişib.

Hadisə haqqında araşdırmalara başlanılıb.